"Nar" gənclər üçün yeni iş imkanları yaratmağa davam edir - FOTOLAR
"Nar" ADA Universitetində təşkil olunan 11-ci karyera sərgisində iştirak edib.
azxeber.com xəbər verir ki, artıq ənənə halını almış sərginin əsas məqsədi tələbə və məzunları bir araya toplayaraq onların işəgötürənlərlə peşəkar əlaqələr qurmasına dəstək olmaq, eləcə də işəgötürənlərin bacarıqlı kadr axtarışlarını asanlaşdırmaqdır.
Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər. "Nar"ın İnsan resursları komandası da öz növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real tələbləri barədə məlumat verib. Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını telekommunikasiya sahəsində davam etdirmək istəyən gənclərə cari vakansiyalar barədə məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun təcrübə və təqaüd proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, təhsilin inkişafına dəstək "Nar" sosial fəaliyyətinin əsas istiqamətlərindəndir. Mobil operatorun bu sahədə gördüyü genişmiqyaslı layihələri ilə buradan tanış ola bilərsiniz.









Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti