"Nar" milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTOLAR

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkənin sərfəli mobil operatoru olan "Nar" media nümayəndələri üçün xüsusi tədbir təşkil edib.
azxeber.com xəbər verir ki, tədbirdə müxtəlif media orqanlarını təmsil edən 30 jurnalist iştirak edib. Mobil operator jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək cəmiyyətin məlumatlandırılmasında onların rolunu yüksək qiymətləndirib.
Tədbir çərçivəsində jurnalistlər üçün həm əyləncəli proqram, həm də komanda əsaslı intellektual oyunlar təşkil olunub. Yarışların sonunda qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edən "Nar"ın İctimaiyyətlə əlaqələr və korporatov ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media nümayəndələrini təbrik edib: "Milli mətbuatın 150 illiyi təkcə medianın deyil, bütövlükdə cəmiyyətin bayramıdır. Bu illər ərzində jurnalistlər daim informasiya körpüsü rolunu oynayıb, ictimaiyyətin etibar etdiyi söz daşıyıcıları olublar. "Nar" olaraq biz medianın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir, jurnalistlərlə etibarlı və şəffaf əməkdaşlığa xüsusi önəm veririk". Bundan əlavə, tədbir iştirakçıları – media nümayəndələri də öz növbələrində milli mətbuatın tarixi yolundan bəhs edərək "Nar"ın bu əlamətdar günü onlarla birlikdə qeyd etməsini yüksək dəyərləndirib.
Qeyd edək ki, "Nar" media ilə şəffaf və dayanıqlı münasibətləri əsas tutaraq, uzun illərdir, jurnalistlər üçün əlçatan və operativ məlumat mübadiləsini təşviq edir. Bu tədbir "Nar"ın informasiya sahəsində medianın roluna verdiyi önəmi və bu istiqamətdə davamlı dəstəyini bir daha nümayiş etdirdi. "Nar"ın dəstəyi ilə milli mediamızın inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz. 

İqtisadiyyat       Tarix: 23 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan