"Nar" Qlobal Saziş çərçivəsində BMT ilə əməkdaşlığa davam edir
Mobil operator "Nar" 27 oktyabr tarixində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT Günü tədbirində iştirak edib. Açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində BMT-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini qeyd ediblər.
200-dən çox dövlət rəsmisi, parlament üzvü, diplomatik korpus təmsilçisi, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndəsinin qatıldığı tədbirin dəvətliləri sırasında mobil operator "Nar"ın Baş icraçı direktoru Qunnar Panke də yer alıb. Xatırladaq ki, "Nar" 2022-ci ilin may ayından etibarən dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir parçasıdır. Bu saziş şirkətlərə qlobal davamlılıq təşəbbüslərini daha sistemli şəkildə həyata keçirməyə və davamlı hesabatlarla şəffaflığa nail olmağa imkan verir. "Nar" ölkə üçün mühüm sosial əhəmiyyətə malik layihələri ilə hər zaman cəmiyyət qarşısında öhdəliyini sadiqliyini ifadə edir.
"Nar"ın sosial layihələri ilə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. / azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu