"Nar" Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi - FOTOLAR

"Nar" ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətən müharibəsində qazanılan tarixi zəfərimizin 5-ci ildönümünə həsr olunan düşərgədə bir araya gətirib. Düşərgənin məqsədi gənclərə milli dəyərləri təbliğ etmək və onların bilik və bacarıqlarının formalaşmasına yönələn tədbirlərə dəstək vermək olub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən "Zəfər 5 il" düşərgəsi Quba Olimpiya İdman Kompleksində təşkil edilib. Beş gün davam edən düşərgədə könüllülərin fərdi və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsi qazandırmaq istiqamətində təlimlər keçirilib. Eləcə də, gənclərə vətənpərvərlik hisslərini aşılamaq məqsədilə düşərgəyə 44 günlük Vətən müharibəsi qaziləri dəvət edilib, onların iştirakı ilə müzakirələr təşkil olunub.
Düşərgənin ikinci günü keçirilən panel müzakirələrində "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova iştirak edib. Hökümə Kərimova mobil operatorun həyata keçirdiyi davamlı sosial layihələrlə bağlı gənclərin suallarını cavablandırıb və sosial layihə təşkilatçılığı istiqamətində mobil operatorun təcrübəsini könüllülərlə bölüşüb.
Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə "Zəfər 5 il" adlı fləşmob baş tutub. Bu fləşmob gənclərin Şanlı Zəfərimizə, Azərbaycan xalqının qalib ruhuna olan dərin ehtiramın rəmzi ifadəsinə çevrilib.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 08 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az