"Nargis" Fondu və "Bank Respublika" ənənəvi xeyriyyə aksiyası həyata keçirib
31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Nargis" Fondu və ölkəmizin aparıcı banklarından biri olan və "Bank Respublika" ənənəvi xeyriyyə aksiyası həyata keçirib.
Aksiya çərçivəsində Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr ziyarət edilib. Vətəndaşlara bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
"Bayramlar paylaşdıqca gözəldir!" şüarı ilə keçirilən aksiyanın əsas məqsədi, bayram öncəsi ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaq olub.
"Nargis" Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fondun dəstəyi ilə Azərbaycan Respublikasının müxtəlif yerlərində yaşayan ağır xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşaq yenidən sağlamlığa qovuşub. Eyni zamanda Fond tərəfindən müxtəlif social layihələr həyata keçirilir, o cümlədən aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moodys) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır