"Nar"ın dəstəyi ilə inklüzivliyi təşviq edən "Bütün Vücudlar Danışır" layihəsinin hesabat tədbiri baş tutdu

Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə seçilən "Nar"ın tərəfdaşlığı ilə "Bütün Vücudlar Danışır" sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbiri keçirilib.
Layihənin əsas məqsədi həssas və qeyri-həssas qrupları bir araya gətirməklə onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yeni dostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfə verməkdir.
Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilib ki, il ərzində layihəyə ümumilikdə 587 nəfər – həm əlilliyi olan, həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas və qeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin, cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədilə sosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri və əldə olunan nəticələr tədbir iştirakçıları ilə bölüşülüb. Qonaqlar inklüziv dəyərləri əks etdirən bədii film nümayişini izləyib, eləcə də xüsusi inklüziv rəqs tamaşasının şahidi olublar. Tədbirdə layihənin ideyası ətrafında birləşən tərəfdaş qurumların rəhbərləri də çıxış edərək inklüziv cəmiyyətin təşviqinə dair fikirlərini səsləndiriblər.
Tədbirdə iştirak edən "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: "Nar" ölkəmizdə inklüzivlik istiqamətində layihələr həyata keçirən ilk şirkətlərdən biridir. Xüsusilə qürurvericidir ki, bu təşəbbüslərimiz digər şirkətlər üçün də ilham və motivasiya rolunu oynayır. Biz inklüzivliyi dəstəkləməklə həm cəmiyyətin inkişafına, həm də biznes mühitində sosial məsuliyyətin güclənməsinə töhfə veririk".
Sosial məsuliyyət fəaliyyətlərini ardıcıl şəkildə davam etdirən "Nar" korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsil, inklüzivlik və sosial rifah istiqamətində təşəbbüsləri dəstəkləməklə cəmiyyətdə bərabər imkanların təşviqinə və inklüziv dəyərlərin güclənməsinə töhfə verir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz. 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 08 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag