"Nar"ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı
"Nar"ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsiməqsədilə təşkil etdiyi "Təlim Məktəbi" sosial layihəsinin cari il üçün birincimərhələsi başa çatıb.
azxeber.com xəbər verir ki, 3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətindəiştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləriöyrədilib.
Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətligənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçünonları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti daha çox əməkbazarında təlabat olan sahələr üzrə müəyyənləşdirilir.
"Təlim məktəbi" layihəsinin tərəfdaşı olan "KarlarаDəstək" İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraqvurğulayıb: "Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki "TəlimMəktəbi" layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəbolur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm". "Nar"ınİctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihəningənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. "Bu təlimdəəldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, həttaöz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərinmonetar sərbəstlik qazanmasına dəstək olmaqdır" - deyə o bildirib.
səhifəsindən tanış ola bilərsiniz.




Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu