Narkoşəbəkənin Bakıdakı təbliğatçıları SAXLANILDI
Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.
DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü, C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü, A.H saxlanılıblar. Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında "Telegram" platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.
DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir.
"Telegram" platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi