Narkotik istifadəçilərinin sayı ARTIB - DƏHŞƏTLİ STATİSTİKA
Dünyada narkotik istifadəçilərinin sayı 10 il ərzində 23 faiz artaraq 2011-ci ildəki 240 milyondan 2021-ci ildə 296 milyona çatıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) iyunun 26-da dərc olunmuş hesabatında yer alıb.
Qeyd olunub ki, eyni dövrdə narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.
Ekspertlər yazır ki, narkomanların sayının artması yalnız qismən dünya əhalisinin ümumi artımı ilə izah olunur. Onların qeyd etdikləri digər əsas amil isə ucuz, asan və sürətli istehsalı sayəsində bir çox qeyri-qanuni bazarları kökündən dəyişdirən sintetik narkotiklərin bumudur.
Məlumata görə, gənclər ən həssas qrup olaraq qalır. Afrikada narkomaniyadan müalicə alanların 70 faizi 35 yaşdan aşağıdır. UNODC bildirib ki, dünyada insanların yalnız 20 faizi narkotik vasitələrdən müalicə alır.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı