Narkotik qaçaqmalçılıqla mübarizə İrana baha başa gəlir
Əfqanıstandan gətirilən narkotik vasitələr İran ərazisindən Avropaya daşınır. Narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə İrana çox baha başa gəlir.
Publika.az xəbər verir ki, bu sözləri İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Vahid Cəlalzadə Danimarkanın Tehrandakı səfiri Yesper Vahr ilə görüşündə deyib. O bildirib ki, Avropa İttifaqı qaçaqmalçılıqla mübarizədə İrana yardım etməyə söz versə də, buna əməl etməyib.
Qeyd edək ki, Əfqanıstandan narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Türkiyə və Avropaya daşınır. Hər il İran polisi və sərhəd xidmətinin əsgərləri 10 min tondan çox narkotik vasitə müsadirə edirlər. Qaçaqmalçılıqla mübarizədə ildə təxminən 4-7 polis əməkdaşı həlak olur. Silahlı narkotik qaçaqmalçıları İran sərhədini qanunsuz və silahlanaraq keçməyə çalışırlar. İranın Şərq sərhədlərində vəziyyəti nəzarət altına almaq üçün hökumət külli miqdarda vəsait xərcləyir. Hazırda iqtisadi sanksiyalar altında olan İran bu mübarizədə əziyyət çəkir. Ölkə iqtisadiyyatı sanksiyalar ucbatından çətin durumdadır. Maddi çətinliklər var ki, bu da narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin səmərəsini azaldır. Bu səbəbdən də İran Avropa İttifaqından verdiyi vədi yerinə yetirməyi və narkotik vasitələrin Avropaya daşınmasının qarşısının alınmasında yardım etməyi istəyir.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi
Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident