Narkotik satan dəstə üzvləri saxlanıldı
Xaçmazda narkotik vasitə satan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan heroin dövriyyədən çıxarılıb.
Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 65 yaşlı Telman Abasov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar olunub.
Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini T.Abasova satmaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri ifşa edilib.
Araşdırmalarla onların Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Rahim Əhmədov, Sumqayıt şəhər sakinləri 32 yaşlı Zaur İbrahimov və 36 yaşlı Əliağa Novruzov olduqları məlum olub. Həmin şəxslər Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində saxlanılaraq Xaçmaz RPŞ-nə gətiriliblər. Üzərilərinə keçirilən şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan çox satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı hər üç şəxs narkotik maddələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib