Narkotik satışı ilə məşğul olan "Avtoş Elnur" ləqəbli şəxs tutulub

Narkotik satışı ilə məşğul olan "Avtoş Elnur" ləqəbli şəxs tutulubSiyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotikləri satış məqsədi ilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun yaşadığı ünvan müəyyənləşdirilib və ona məxsus Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən hündürlüyü 160-210 sm, ümumi çəkisi isə 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən "Avtoş Elnur" ləqəbi ilə tanınan Elnur Əliyev saxlanılıb. Lakin saxlanılan zaman E.Əliyev məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçıb. RPŞ-nin əməkdaşları tərəfindən adı çəkilən şəxs rayon ərazisində tutularaq şöbəyə gətirilib. Dindirilmə zamanı E.Əliyev narkotikləri satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.
RPŞ-nin əməkdaşları tərəfindən Cavid Məmmədov da saxlanılıb və ona məxsus Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədi ilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi bir kiloqramdan artıq olan qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə       Tarix: 24 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun valyuta mezennesi banklar bugunun xeberleri sou xeberler bugun