NATO-dan Əfqanıstan AÇIQLAMASI: Rusiya və Çin bunu etməlidir
"Rusiya və Çin beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birlikdə Əfqanıstan ərazisinin terrorçu qruplar tərəfindən öz məqsədləri üçün istifadə ediləcək bir yerə çevrilməsinin qarşısını almalıdır".
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Sunday Telegraph"a müsahibəsində deyib.
O, qeyd etdiyi ölkələrin və digər beynəlxalq qüvvələrin Əfqanıstanın terrorçu qrupların sərbəst şəkildə fəaliyyət göstərə biləcəyi, ölkələrə hücumlar hazırlaya, təşkil edə, planlaşdıra və maliyyələşdirə biləcəyi bir yerə çevrilməməsi üçün birlikdə çalışmasının vacib olduğuna diqqət çəkib.
Nəşrin yazdığına görə, Stoltenberq Əşrəf Qani hökumətinin birdən-birə çökməsinin əsas faktorunun ölkənin siyasi və hərbi liderlərinin səhv hesablamaları olduğunu qeyd edib.
NATO baş katibinin sözlərinə görə, Əfqanıstan təhlükəsizlik qüvvələrinə 20 il ərzində əhəmiyyətli sərmayələr qoyulduqdan sonra "Taliban"a daha uzun müddət müqavimət göstərə biləcəklərini gözləmək məntiqli olardı.
Xatırladaq ki, "Taliban" avqustun əvvəlində ABŞ qoşunlarının geri çəkilməsi fonunda Əfqanıstanda hökumət qüvvələrinə qarşı kütləvi hücuma keçərək prezident sarayını nəzarətə götürüb.
Akqabay
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək