Naxçıvan istiqamətində növbəti yenilik: onlayn aviabilet alışı indi "digital.login" ilə
Azərbaycanın milli aviadaşıyıcısı AZALBakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçündaha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib.
azxeber.com xəbər verir ki, artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlaynaviabilet alışı prosesini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi "digital.login" vasitəsilə də yerinə yetirmək mümkündür.
Digər bir yenilik odur ki, sərnişinin"digital.login" və ya "SİMA İmza" ilə verifikasiya prosesini keçdikdən sonra təyyarəbiletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinəehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etməkkifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatlarınövbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışıprosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şəraityaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.
Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyizaman yalnız bir nəfərin şəxsiyyətinin "digital.login" vasitəsilə təsdiq edilməsiyetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcədoğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlarənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.
Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakımarşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığınınartırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsalhəllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internetsaytı və mobil tətbiqinə "SİMA İmza" inteqrasiya olunub. Bundan əlavə, sözügedənistiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.
Daha bir mühüm addım Naxçıvan aviabiletlərinikassalarda İRİA tərəfindən təqdim olunan "mygov" platforması vasitəsilə rəqəmsalşəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır