Naxçıvan MR xəstəxanasında olay: İşçilər etiraza qalxdı – FOTO
Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş həkimlə şöbə müdiri arasında mübahisə tibb işçilərinin etirazına səbəb olub.
KONKRET.az xəbər verir ki, baş həkim Zəbur Bağırovun Laboratoriya şöbəsinin müdiri Tapdıq Kəngərlini təhqir etdiyi, əməkdaşların isə buna etiraz etdiyi bildirilir.
Məlumata görə, şöbə müdiri tibb işçisinə analiz götürmək üçün onkoloji xəstənin evinə getməsinə icazə verib. Baş həkimin isə buna görə şöbə müdirinə irad bildirərək onu təhqir etdiyi iddia olunur. Baş həkimin müavini Ramazan Abbasovla da şöbə müdiri arasında fakta görə mübahisə yaranıb və nəticədə müdiriyyət tərəfindən Tapdıq Kəngərliyə şiddətli töhmət verilib. Bu qərardan sonra tibb bacıları və bəzi həkimlər etiraz ediblər, onlar analizlərin götürülməsini dayandırıblar. Tapdıq Kəngərli isə şöbə müdirliyindən azad olunması üçün ərizə yazıb.
Tapdıq Kəngərli APA-ya açıqlamasında şöbə müdirliyindən çıxarılması üçün ərizə yazdığını təsdiqləyib.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb