Naxçıvana əl uzadanın əlini, dil uzadanın dilini kəsərik' - AÇIQLAMA

Naxçıvana əl uzadanın əlini, dil uzadanın dilini kəsərik' - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün özünü "siyasi ekspert" kimi təqdim edən və daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi adlı şəxs "Twitter" hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq təxribat xarakterli açıqlama verib.
O bildirib ki, "Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik".
Bəs görəsən İrandan bu tip açıqlamaların verilməsi nəyə hesablanır? İran Azərbaycandan nə istəyir?
Mövzu ilə bağlı Diaspor İnformasiya Mərkəzinin rəhbəri, "İnterpress.az" baş redaktoru Toğrul Allahverdili azxeber.com-a danışıb.
O bildirib ki, İran Azərbaycanın tarixi torpaqlarında yaradılmış bir molla-xunta rejimidir:
"İran illərdir nə istədiyini bilmir. 30 ilə yaxındır ki, ora dünyadan təcrid olunmuş bir rejimdir. Əslində, mən ora İran deməzdim. Həmin ad oranın saxta adıdır. İran Azərbaycanın tarixi torpaqlarında yaradılmış bir molla-xunta rejimidir. Mən bunları belə adlandırıram. Ora Cənubi Azərbaycandır.".
Toğrul Allahverdili həmçinin özünü "siyasi ekspert" kimi təqdim edən Rza Abbasinin açıqlamasına da reaksiya verib:
"Həmin o Rza adlı özünü tanımayan, tərbiyəsizə mən demək istəyirəm ki, tarixi açsın oxusun ki, onun yaşadığı, doğulub boya-başa çatdığı torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Əgər tarixə nəzər salsaq, görərik ki, bu torpaqlar bizim torpaqlarımızdır və artıq İranın narahatlığı bundan bəllidir ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 ildən çoxdur ki, işğal altında olan Qarabağı azad etdikdən sonra artıq bu rejim narahat olmağa başlayıb. İran 30 il ərzində erməni qardaşları ilə, dindaşları ilə birləşərək Azərbaycan ərazilərini narkoticarət zona kimi istifadə edirdi. Bunlar oradan tranzit yer kimi istifadə edirdilər və dünyanı cənginə alan narkotik vasitələrin həmin ərazilərdə yetişdirilməsi və tranzit ərazi kimi istifadə olunması 30 il ərzində bütün dünyaya bəlli idi. Azərbaycan dövləti, hakimiyyəti, ordusu torpaqlarımızı azad etdikdən sonra bu xunta rejiminin biznesinin qarşısını kəsdi. Bunların qazanc yerinə mane olmuşuq. Ona görə də bu molla rejimi artıq həddini aşıb. Qazanc mənbələri azaldığı üçün hər yerə hücum edirlər. El arasında bir məsəl var. Deyirlər ki, "Bu bir adamın son çırpınışlarıdır". Bəli, bu İranın son çırpınışlarıdır. Çünki İran artıq məhvə düçar olub. İran çox narahatdır. Ölkənin içində baş verən iğtişaşlar, ölkədə insanların ayağa qalxması, azadlıq tələb etməsi, qadınlara olan zorakılığa əhalinin etiraz etməsi İranın vətəndaşlarını başqa bir tərəfə yönləndirməsinə gətirib çıxardır".
Toğrul Allahverdili düşünür ki, İran üçün sonun başlanğıcıdır: 
"Düşünürəm ki, İran artıq məhvə məhkum olunmuş dövlətdir. Bu molla rejimi çökməlidir. Bunun başqa bir yolu yoxdur. İran qonşularına qarşı ikili standart yürüdür, bizim dindaşımız deyən, din adı altında min cür oyundan çıxan bu ölkə Azərbaycana qarşı olmaz siyasət göstərir. İstər siyasətçiləri olsun, istər ictimai şəxsləri olsun, ictimai şəxslər yox, tərbiyəsizlər deyək bunlara. Bu şəxslər artıq Azərbaycanla bağlı yalançı iftiralar dilə gətirirlər və biz bunların hamısını rədd edirik.
Sonda Toğrul Allahverdili iranlı "siyasi ekspert"ə xəbərdarlıq edib və onu bu cür iddialar səsləndirməkdən çəkinməyə çağırıb:
"Naxçıvan tər-təmiz Azərbaycan torpağıdır. Naxçıvan bizim qeyrət qalamızdır. Bizim qeyrət qalamıza əl uzadanın əlini, dil uzadanın dilini kəsərik. Əgər həmin iranlı "bloger", "siyasi şərhçi" bir daha belə bir ifadə işlədərsə, onun dilini kəsməyə qadirik".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 24 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbər ən son xəbərlər bugün dunyada son xeberler