"Naxçıvana gedən Azərbaycan avtomobillərinin Zəngəzurda problemi olmayacaq" – ERMƏNİ DEPUTAT
Nəqliyyat kommunikasiyaları açıldıqdan sonra Azərbaycan avtomobillərinin Ermənistan yollarında (Zəngilandan Naxçıvana gedən yol nəzərdə tutulur) problemi olmayacaq.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Andranik Köçəryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edərkən deyib.
Rusiya XİN rəhbəri İrəvanda səfərdə olarkən regionda kommunikasiyaların blokadadan çıxarılmasından danışarkən bildirmişdi ki, İrəvan və Bakı dəmir yolu marşrutu ilə bağlı razılığa gəliblər, hazırda yol marşrutu üzrə razılaşma və kommunikasiya rejiminin razılaşdırılması yekunlaşmaq üzrədir.
Onun sözlərinə görə, rejim sadələşdiriləcək, lakin o, mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq.
"Nəqliyyat rabitəsi blokadadan çıxarılarsa, heç bir şey Ermənistanın suverenliyinə təhlükə yaratmamalıdır", – Köçəryan vurğulayıb.
Gömrük və ya pasport rejiminin olacağı sualını cavablandıran deputat bildirib ki, rejim sadələşdiriləcək və Ermənistan buna qarşı deyil.
Deputatın sözlərinə görə, Laçın dəhlizi məntiqi ilə yol işləyə bilməz və danışıqların indiki mərhələsində bu, müzakirə olunmur.
Xatırladaq ki, iyunun 4-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib.
Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Ermənistan və Azərbaycan ərazilərindən təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.
Roman Göytürk,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun