Naxçıvanda "Kiber Suverenlik" konfransı keçiriləcək
2025-ci il mayın 21-də Naxçıvan şəhərində Milli Kibertəhlükəsizlik Mərkəzinin təşkilatçılığı və "Caspel" MMC-nin əsas tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Kiber Suverenlik" konfransı keçiriləcək.
azxeber.com xəbər verir ki, konfransın təşkilində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə müzakirələrin aparılmasıdır.
100-dən çox iştirakçının qatılacağı tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində dövlət qurumlarının rəhbər şəxslərinin, tanınmış yerli ekspertlərin və aparıcı İT şirkətlərinin rəhbər vəzifəli nümayəndələrinin çıxışları dinləniləcək. Həmçinin "Kiber suverenlik və dövlət təhlükəsizliyi", "Kibertəhlükəsizlik sahəsində kadr potensialı", "Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu" mövzularında panel müzakirələri təşkil olunacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA