Naxçıvanla sərhəd yüksəkliklər Azərbaycana verilir? - ŞOK İDDİA/VİDEO
Video əlavə olunub.
xxx
Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Yerasx yaxınlığındakı yüksəkliklərin Azərbaycana verilməsi ilə bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.
Publika.az xəbər verir ki, Yerasx istiqamətində bir sıra mövqelərin 25 dekabr tarixində Bakının nəzarətinə keçməsi planlaşdırılır.
Erməni mətbuatının məlumatına görə, yerli sakinlər, bu yüksəkliklərdə hazır vəziyyətdə olan hərbi heyətin mövqeləri tərk etmələri üçün əmr verildiyini iddia edir.
Bundan əvvəl "Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi Naira Zohrabyan müxalifətin mitinqindəki çıxışı zamanı Sünik (tarixi Zəngəzur) vilayətinin Qafan rayonunun Çakaten kəndinin Azərbaycana təhvil verildiyini açıqlamışdı.
Xatırladaq ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası mövzusu Ermənistanda ən problemli mövzulardan birinə çevrilib. Sünik bölgəsindəki mövqelərin təslim olması və Geğarkunik bölgəsindəki Zod yatağının bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda tənqid və etiraz fırtınasına səbəb olub.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək