Nazarbayev Avrasiya miqyasında yeni təşkilat yaratmağı təklif etdi
Qazaxıstanın birinci Prezidenti – elbası Nursultan Nazarbayev dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın sabiq Prezidenti "Astana Club-2021"in altıncı iclasında bildirib.
Yeni böhranın qarşısını almaq üçün Avrasiya ölkələrinin sistemli dialoq qurmasının vacibliyini bildirən N.Nazarbayev Avrasiya İqtisadi İttifaqı, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin vaxtı çatdığını vurğulayıb.
"Bu təşkilatlarda, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetirilir. Məhz iqtisadi əməkdaşlıq əsasında siyasi, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir. Bu, bütün planet üçün böyük qələbə olardı. Bununla əlaqədar ölkələrimizin Avrasiyada bütün əməkdaşlıq imkanlarını müzakirə və təşviq edə biləcəyi dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edirəm. Qazaxıstan dövlət və hökumət başçıları səviyyəsində belə bir forumun təşkilatçılarından biri kimi çıxış edə bilər", - deyə N.Nazarbayev əlavə edib.
Qeyd edək ki, Nur-Sultan şəhərində Dünya İqtisadiyyatı və Siyasəti İnstitutu (İMİP) və Nursultan Nazarbayev Fondunun təşkilatçılığı ilə "Astana Club"un altıncı iclası keçirilir.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi