Nazarbayevin keçmiş gəlini 7 il müddətinə HƏBS EDİLDİ
Astana məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbaldını adam oğurluğunda təqsirli bilib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Qazaxıstan Prezidentinə Satıbaldının "Kurmet" ordeni dövlət mükafatından məhrum edilməsi təklifi təqdim olunacaq.
İş üzrə digər təqsirləndirilən şəxslər – Satıbaldının sürücüsü Madi Batırşayev, adam oğurluğunu həyata keçirən Rəşid Utebekov müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bildirilib ki, iş üzrə zərərçəkənlər iş adamları Tursen Alaguzov və Aygul Mekeşeva olub.
Qeyd edək ki, Gülmira Satıbaldı Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş həyat yoldaşıdır. "Forbes Kazakhstan" jurnalı onu ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edib. Sentyabrda o, vəzifə səlahiyyətlərindən sui-istifadə və "Qazaxtelekom"un vəsaitlərinin mənimsənilməsi ittihamı ilə on il həbs cəzası alıb.
İqbal Rzayev,
KONKRET.az

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti