Nazilə ilə Aynur efirdə 1500 manat üstündə dava etdilər

Nazilə ilə Aynur efirdə 1500 manat üstündə dava etdilərARB TV-də yayımlanan "Ona qalsa" proqramında qalmaqal yaşanıb.
Open.az xəbər verir ki, verilişin aparıcısı Nazilə Səfərlinin qonağı olan müğənni Aynur Dadaşovaya sual ünvanlaması onu özündən çıxarıb.
Bəstəkar Ruslan Səfəroğlunun musiqisinə söz yazan N.Səfərli həmin mahnını A.Dadaşovanın oxuduğunu, lakin şairənin pulunu ödəmədiyini bildirib:
"Həsrətimlə sevişirəm gecələr" adlı mahnımın pulunu niyə vermirsən? Söz satmıram. Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə ödəyəcəm. Mənə lazım idi ki, mahnını bir məşhur ifaçı oxusun. O zaman indiki qədər məşhur deyildim. O adam gəlmədi, bəlkə də dinlətmədilər. Dedilər ki, mahnını 1500 manata Aynura satmışıq. Əlimlə verib, ayağımla axtarıram. Gör, mən nə gündəyəm. Ruslan bir mahnını mənə hədiyyə etmişdi, desə ki, pulu həmin bəstəyə görə vermirəm, susaram".
A.Dadaşova isə N.Səfərliyə qarşı aqressiv hərəkətlər nümayiş etdirib və bu sözləri deyib:
"Mahnının pulunu bəstəkara 5 il öncə vermişəm. Aranjimanı isə ödəmişdinizsə, mən niyə ödəyirdim? Sizə borcum ola bilməz. Məni tanıyanlar bilir ki, kimin problemi varsa, hamısını həll edirəm. Respublikada nə qədər bank varsa, hamısı ilə əməkdaşlıq edirəm. Dəqiq insanlara həmişə banklardan təkliflər olur. O qədər dəqiqəm ki, heç kim deyə bilməz Aynurun mənə 20 qəpik borcu var. Sizin söhbətiniz Ruslanladır. Siz niyə aranjimanın pulunu vermisiniz? Efirlərə çıxmamışdan öncə Ruslandan mahnını almışdım. Efirdə də bir-iki dəfə oxudum. Çünki mənim ifamda həzin mahnını sevmirlər. Keçən dəfə də mənə dediniz, sizə vəziyyəti başa saldım".
Daha sonra veriliş reklam fasiləsinə ayrılıb, amma aparıcı ilə müğənni arasındakı gərginlik daha da alovlanıb. Aynur Ruslanın efirə bağlanmasını tələb edib:
"Pulunuzu niyə məndən istəyirsiz? Milyonların qarşısında deyirsən, mənə borclusan. Heç kim bu sözü deyə bilməz. Siz Aynuru niyə hörmətsiz etməyə çalışırsız? Dünənin uşağı deyiləm, 30 ildir sənətdəyəm. 30 il hamının mahnısının pulu verildi, sizinki yox? Özü də dollarla ödədim mahnının pulunu. Mən burada Azərbaycan dilində danışıram, pulu vermişəm. Cinayət işidir sübut edəsiniz?".
Daha sonra Ruslan canlı yayıma zəng edib. Onlar arasında söz savaşı daha da böyüyüb.(axşam.az) /open.az

Şou Biznes       Tarix: 24 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


yeni xeberler son xeberler azerbaycan xeberleri apa.az xeberler en son xəbərlər bugün bugünkü son xəbərlər kriminal bugun