Nazir: Avropa Sülh Fondu Ermənistana yardım ayırırsa, eyni məbləğdə yardım Azərbaycana da ayrılmalıdır
Avropa Sülh Fondu Ermənistana yardım ayırırsa, eyni məbləğdə yardımın Azərbaycana da ayrılması vacibdir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, Avropa Sülh Fondu ilə bağlı məsələ müəyyən müddət əvvəl qaldırılıb:
"Çünki onlar Ermənistana maliyyə ayırırdılar. Bu çərçivədə Azərbaycana da yardım ayrılması məsələsini qaldıran ölkələr arasında Macarıstan ən fəal mövqe tutan dövlət idi. Nəticədə digər qurumlardan Azərbaycana minatəmizləmə fəaliyyəti üçün 10 milyon avro məbləğində yardımın ayrılması barədə qərar qəbul olunmuşdu".
XİN başçısı sözügedən Fondun Ermənistana 20 milyon avro məbləğində yardım ayırma təşəbbüsü barədə də məlumatlı olduqlarını vurğulayıb:
"Eyni məbləğin Azərbaycana da ayrılması barədə məsələ qaldırırıq. Belə maliyyə dəstəyi Ermənistana edilirsə, eyni məbləğdə yardımın Azərbaycana da göstərilməsi vacibdir".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib