Nazir: "Birinci sinfə qəbul pandemiya şəraitindən asılı olacaq
Nazir: "Birinci sinfə qəbul pandemiya şəraitindən asılı olacaq"
"Birinci sinfə qəbulun aparılması pandemiya şəraitindən asılı olacaq".
Bu barədə Təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə təhsil" mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, son dövrlər bununla bağlı bir sıra dəyişikliklər olub:
"Belə ki, məktəblərə qəbul ərazi prinsipi üzrə aparılır. Hər bir vətəndaş öz yaşadığı ərazidə Azərbaycan bölməsində uşaqlarını birinci sinfə qoya bilər. Sadəcə valideynlər bəzən spesifik olaraq hansısa məktəbi, sinfi və müəllimi seçmək istəyə bildirir. Buna görə də elektron sistem vasitəsilə həmin məktəbin Azərbaycan bölməsinə birinci müraciət edən adam ilk olaraq yerləşdirilir.
Eyni zamanda, rus bölməsi ilə bağlı da ənənəvi olaraq rus dili bilikləri yoxlanılır. Beynəlxalq tədqiqatlara nəzər salsaq, şagirdin evdə danışdığı dildə məktəbdə təhsil alması vacibdir. Bu o demək deyil ki, uşaqlar yeni dil öyrənməməlidir. Uşaqlar üçün yeni dil öyrənmək stresli prosesdir.
Odur ki, biz birinci sinfə qəbul prosesi zamanı ümumtəhsil məktəblərinin rus bölmələrində dil biliklərinin yoxlanılmasını diaqnostik formada həyata keçiririk. Ötən il bunu pandemiya şəraitində distant formada keçirdik və kifayət qədər uğurlu alındı".
"Lisey, gimnaziyalara da qəbul artıq həmin müəssisələr tərəfindən aparılır. Çalışırıq ki, müsabiqələr ədalətli keçirilsin",- deyə nazir qeyd edib.
Könül Cəfərli /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi