Nazir: Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması diqqətdədir

Nazir: Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması diqqətdədirTəbii inhisarların tənzimlənməsi iqtisadiyyatın sağlam inkişafı üçün vacibdir.
Bunu Bakıda keçirilənm II Milli Rəqabət Forumumda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, gündəlik həyat və iqtisadi fəaliyyətin düzgün uzlaşdırılması üçün təbii inhisarların rolu və onların tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır:
"Bəzi hallarda təbii inhisar anlayışı ictimai müzakirələrdə və ekspert təhlillərində yanlış qəbul olunur. Təbii inhisar heç də mənfi anlayış deyil. Sadəcə olaraq, bu sahələrin düzgün tənzimlənməsi vacibdir. Azərbaycanda bir sıra strateji əhəmiyyətli sahələrdə fəaliyyət əsasən təbii inhisar subyektləri tərəfindən həyata keçirilir. Ölkə kontekstində bu, adətən dövlət müəssisələrinə aiddir. Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması rəqabət mühitinin qorunması baxımından diqqət mərkəzindədir. Bu sahələrin müəyyən qədər özəl sektor üçün açılması, yeni oyunçuların meydana gəlməsi təbii inhisarların mövqeyi ilə balanslı şəkildə tənzimlənir. Bu proses həm qəbul edilmiş qanunvericilik, həm də aparılan institusional islahatlarla dəstəklənir. Ayrı-ayrı dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi və dövlət holdinqlərinin yaradılması da məhz bu məqsədə xidmət edir".
Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan kimi kiçik bazarlarda əsas çağırışlardan biri iqtisadiyyatın diversifikasiyası, yeni məhsul və xidmətlərin bazara gətirilməsidir.
"Ən azı iki böyük oyunçunun mövcudluğu vacibdir. Lakin sağlam rəqabət mühitinin formalaşması üçün bu say daha çox olmalıdır. Məqsədimiz iqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaqdır. Bu istiqamətdə əsas məsələ həmin bazarların necə tənzimlənməsi və istehlakçı maraqlarının necə qorunması ilə bağlıdır. Bütün bu çağırışlar rəqabət siyasətinin və dövlət tənzimləyici qurumlarının qarşısında duran mühüm vəzifələrdir" - deyə nazir qeyd edib. / azxeber.com

İqtisadiyyat       Tarix: 04 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag