Nazir: Ermənistanın təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur
Ermənistanın sülh sazişinə dair noyabrın sonunda təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
"Noyabr ayının sonunda biz 70 günlük fasilədən sonra nəhayət ki, Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, mən onun mahiyyətinə varmaq istəməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə, bu təkliflər paketinə nəzər salanda görürük ki, bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur. Bütün bu faktorları biz nəzərə alaraq bir nikbinlik var, ancaq eyni zamanda burada mən hər hansı bir vaxt səsləndirmək istəməzdim. Hesab edirik ki, bu addımlarla biz çox vacib, çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması burada aydındır, biz dəfələrlə bəyan etmişik. Ermənistan yalnız öz istəklərini deyil, Azərbaycanın legitim maraqlarını, tarixi ədaləti və beynəlxalq hüquqa hörmət etməyi sərgiləyərsə düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür", – nazir deyib.APA

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda