Nazir Moldova səfirinin etimadnaməsinin surətini qəbul etdi

Nazir Moldova səfirinin etimadnaməsinin surətini qəbul etdiXarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aleksandr Yesaulenko ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfir Aleksandr Yesaulenkonun etimadnaməsinin surətini qəbul edib, səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Moldova arasında ikitərəfli səviyyədə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan və Moldova xalqları arasında mövcud qarşılıqlı rəğbətin də müsbət təsir göstərdiyi bildirilib. Nazir, Azərbaycanın Moldova ilə regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti haqqında qarşı tərəfi məlumatlandırıb.
Səfir Aleksandr Yesaulenko qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib, həmçinin qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıb. Səfir zəngin tarixə, ənənələrə, qonaqpərvər cəmiyyətə sahib olan Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edib. Aleksandr Yesaulenko, iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, mədəni, energetika sahələrində münasibətlərin inkişafının əhəmiyyətini vurğulayaraq, bu xüsusda əlaqələrin daha da inkişafı üçün çalışacağını ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nazir Moldova səfirinin etimadnaməsinin surətini qəbul etdi

Siyasi       Tarix: 06 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne