Nazir müavini: 'BMT ilə əlaqələri inkişaf etdirməyə hər cür səy göstərilir

Nazir müavini: 'BMT ilə əlaqələri inkişaf etdirməyə hər cür səy göstərilir"Azərbaycan müstəqillik qazandığı ilk gündən BMT ilə əlaqələrin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə hər cür səylər göstərilir".
azxeber.com report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda deyib.
"Beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verən ölkəmiz BMT-nin bir çox ixtisaslaşmış qurumları və agentlikləri ilə səmərəli əməkdaşlıq edir, təşkilatın inkişafla bağlı qlobal təşəbbüslərində fəal iştirak edir:
"Azərbaycan BMT-nin üzvü olan ölkələrin 2015-ci ildə keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə "2030 Gündəliyi" təşəbbüsünə qoşulub, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını və Kioto protokolunu ratifikasiya edib. Bu qlobal təşəbbüslər üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu istiqamətdə ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiyalar, tədbirlər planları DİM-lərin məqsədlərinə və hədəflərinə uyğunlaşdırılır. Ölkəmiz regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim edib. Bu, Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir", - deyə o, qeyd edib.
Nazir müavini əlavə edib ki, görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il dərc olunan "Dayanıqlı İnkişaf - 2022" hesabatında Azərbaycan mümkün 100 baldan 73, 5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb və bu göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləyib. Ölkəmiz hər üç ölkədən 2-ni qabaqlayıb, Cənubi Qafqazda lider mövqeyini qoruyub".

Siyasi       Tarix: 02 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər cəbhədən son görüntülər hava proqnozu metbuat