Nazir müavini: "Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir

Nazir müavini: Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.
Onun sözlərinə görə, hazırda Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin davamlı inkişafı və sabit artımı müşahidə olunur - son beş ildə bu göstərici 2 dəfə artıb.
"Cari ilin ilk 4 ayında Özbəkistanın statistikasına görə 40 % artım qeydə alınıb. Müsbət dinamika mövcuddur. İqtisadiyyatlarımızın potensialı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağa imkan verir. Buna görə də biz həcmlərin iqtisadi artım templərinə uyğun olması üçün artırılması istiqamətində işləməliyik", - X.Teşabayev bildirib.
Nazir müavini Azərbaycandan Özbəkistana nəqliyyat vasitələri, tekstil məhsulları, mexaniki və texniki avadanlıqların ixracının artırılması üzərində işləməyə hazır olduqlarını vurğulayıb: "Bunun üçün biz çox sıx qarşılıqlı əlaqədə işləyirik. Bütün bunların inkişafına imkan verəcək istiqamətlərdən biri müqavilələrin bağlanması üçün elektron ticarət platformasının yaradılmasıdır".
Nazir müavini həmçinin ümid edir ki, biznes missiyalarının sayının artacaq: "Birgə layihələrin dəyəri 2,2 milyard ABŞ dollarından çoxdur. Yaşayış komplekslərinin və hotellərin tikintisi uğurla həyata keçirilir. Özbəkistan biznesi Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsində, o cümlədən pambıq klasterinin yaradılmasında, Hacıqabulda avtomobil istehsalının genişləndirilməsində fəal iştirak edir. Ölkələr arasında sənaye əməkdaşlığının inkişaf potensialı son dərəcə yüksəkdir. Hazırda Özbəkistan yeni layihələr paketi formalaşdırır. Tezliklə onu müzakirə üçün investisiya şirkətinə təqdim edəcəyik. Bundan sonra onların həyata keçirilməsi üçün tərəfdaşlar cəlb etməyə çalışacağıq".

Siyasi       Tarix: 12 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 cəbhədən video ən son xəbər cəbhədən son xəbərlər 2026