Nazir müavini qəzaya düşən təyyarənin qara qutusundan DANIŞDI
AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.
KONKRET.az xəbər verir ki, bu barədə "Kazinform"a Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
O qeyd edib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb:
"Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı", – deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.
Onun sözlərinə görə, bütün "qara qutular" iki növə bölünür. "Birincisi, səs yazan və ya CVR (Cockpit Voice Recorder). O, baş verən hər şeyi, bütün səs mesajlarını və ekipaj üzvləri arasındakı audio danışıqları qeydə alır. Uçuşun başlanğıcından etibarən qara qutu avtomatik olaraq bütün bu məlumatları qeydə alır: ekipaj necə, nə vaxt və nə danışır, necə reaksiya verir və sair. İkinci qara qutu texniki və ya FDR (Flight Data Recorder) adlanır. O, təyyarənin texniki parametrlərini qeydə alır: mühərrikin dövriyyəsi, yağ təzyiqi, hidravlik təzyiq, sükanın vəziyyət bucağı və aeronaviqasiya məlumatları", – deyə müavini Ta.Lastayev bildirib. (Unikal)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto