Nazir: "Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri ən yüksək səviyyəyə çatıb
"Belə bir qarşılıqlı fəaliyyət formatının yaradılması təşəbbüsünə görə azərbaycanlı həmkarlarımıza, dəstəyə görə isə türkiyəli tərəfdaşlarımıza minnətdarıq".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib.
"Milli ənənələr, dil, mədəniyyət və dinə əsaslanan mədəni-tarixi yaxınlıq, çoxəsirli əlaqələr qədimdən bəri ölkələrimizi bir-birinə bağlayır. Dövlətlərimizin başçılarının müəyyən etdiyi siyasi iradə və kurs sayəsində Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bu gün əməkdaşlıq tarixində ən yüksək səviyyədədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin martında rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri strateji tərəfdaşlığımızın yeni mərhələsini açıb, bütün sahələrdə ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə təkan verib", - o vurğulayıb.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?