Nazir: "Pensiya yaşına qədər işləməklə bağlı ağır qərarlar verməliyik
Elm və təhsil naziri Emin Əmrullayev pensiya yaşına qədər işləməklə bağlı ağır qərarların verilməli olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə nazir "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki, proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır.
Nazir bildirib ki, kimsə pensiya yaşına qədər işdə qalmalıdır yanaşmasının dəyişməsi ağrılı qərardır:
"Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir".
E.Əmrullayev əlavə edib ki, həmin şəxslərin yenidən ixtisas dəyişməsi və kvalifikasiyanın artırılması sözdə asan görünsə də, çox çətin prosesdir:
"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçid təmin edildi. İnanıram ki, bu proses çox səmərəli olacaq".
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR