Nazir: 'Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir
"Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir".
azxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təhsil olmadan innovasiya mümkün deyil: "Təhsil sisteminin nailiyyətləri uzun müddətli vaxtda innovasiyasının inkişafına təkan verir. Bu mühiti yaradanlar da insanlardır və bu müddət də təhsildən keçir. Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir, yəni zamana ehtiyac var. İnsan zamanla yetişir, onları zamandan sürətli yetişdirmək metodu isə yoxdur. Əgər təhsildə nailiyyətlər əldə etməyə zaman lazımdırsa, onda qısa və səmərəli yollarla nələri həll edə bilərik? İnnovativ yanaşmalar məktəb vaxtlarından daha çox bağça yaşlarından başlamalıdır. Qısa yol isə ali təhsil müəssisələri ilə əlaqəlidir. Odur ki, bu işdə tədqiqat məsələsi vacibdir. Yeni bilik yaratmaq və idarə etmək isə başqa mövzudur".
Nazir bildirib ki, hər il ölkədə 55 minə yaxın şəxs bakalavr, 10 min nəfər isə magistr təhsili alır: "Yaxın gələcəkdə bu rəqəmlər bir az da artacaq. Ali təhsil müəssisələrində innovasiya sisteminin tətbiq vacibdir. Azərbaycanda, demək olar ki, təhsil dövlətin tənzimləndiyi sahədir. İnnovasiya ekosistemində özəl sektorun böyük rolu var. Çünki bu işdə əsas mənfəətdir. İstər ixrac, istəsə daxili xərcin optimallaşdırılması özəl sektorun payına düşür. İnnovasiya sahəsində əməkdaşlıq mütləqdir".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ