Nazirlər Kabinetindən "Müharibə veteranı" adının verilməsi ilə bağlı QƏRAR
Nazirlər Kabinetindən "Müharibə veteranı" adının verilməsi ilə bağlı QƏRAR
Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb.
Baş nazir Əli Əsədovun qərarına əsasən, Komissiyaya Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək. Komissiya sədrinin müavini vəzifəsini isə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri icra edəcək.
Komissiyanın üzvlərinin tərkibinə müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, ədliyyə nazirinin müavini, maliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, səhiyyə nazirinin müavini, dövlət sərhəd xidmətinin rəisinin müavini, dövlət təhlükəsizliyi xidmətinin rəisinin müavini, xarici kəşfiyyat xidməti rəisinin müavini, Azərbaycan Respublikası prezidentinin təhlükəsizlik xidmətinin rəisinin müavini, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rəisinin müavini daxildir.
Komissiyaya Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının verilməsi üçün müharibə iştirakçılarının siyahısının müəyyən edilməsi və müvafiq təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi barədə tapşırıq verilib.
Belə ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq "Müharibə veteranı" adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir.
Bununla bərabər, komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi