Nazirlikdən BVF-nin Bakı ofisinin bağlanması ilə bağlı açıqlama
Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarına münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev KONKRET.az-a Beynəlxalq Valyuta Fondunun iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib və Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib.
Qeyd olunub ki, 1992-ci ildən BVF-yə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illlərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə BVF-nun ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, BVF-nun əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dan kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi