Nazirlikdən elektron reseptlərə keçidlə bağlı AÇIQLAMA
Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.
KONKRET.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü deyib.
Onun sözlərinə görə, eyni zamanda, e-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:
"Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək".
Kəbutər Mövsümlü bildirib ki, Elektron Resept sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq:
"Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tranzaksiyalara nəzarətin real mexanizmi yaranacaq".

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Bakı neftinin qiyməti 82 dolları ötdü
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb
Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - FOTOLAR
Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıb
Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı
Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ – TƏFƏRRÜAT