Nə dövlətimiz, nə də xalqımız sülhməramlıların bölgədə təxribatçı fəaliyyətinə dözmək niyyətində deyil – Rəy

Nə dövlətimiz, nə də xalqımız sülhməramlıların bölgədə təxribatçı fəaliyyətinə dözmək niyyətində deyil – RəyMüvəqqəti olaraq yerləşdirildikləri Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin təmizlənməsini üzərinə öhdəlik götürmüş Rusiya sülhməramlılarının bunun əksinə olaraq Qarabağdakı separatçıların silah-sursatla təmin edilməsinə dəstək verməsi qəbulolunmazdır. Heç bir qüvvə Azərbaycanı öz suveren ərazisindən gizli yollarla terrorçu rejimə silah-sursat və canlı qüvvə daşımasına susmağa məcbur edə bilməz. Ölkəmiz bu mövzuda qəti iradəsini dövlət rəhbərliyi səviyyəsində dəfələrlə ifadə edib. Bölgədəki Rusiya sülhməramlıları da bu reallığı yaxşı başa düşür. Bu davranışlar Rusiya sülhməramlılarının əsl missiyasını şübhə altına qoyur və onların bölgədə gələcək fəaliyyətinin sülhə xidmət etməyəcəyi həqiqətini ortaya çıxarır. Nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Rusiya sülhməramlılarının bölgədə təxribat xarakterli fəaliyyətinə dözmək niyyətində deyil.
Bu fikirləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı AZƏRTAC-a açıqlamasında Qarabağda baş verən son prosesləri şərh edərkən söyləyib.
O bildirib ki, beynəlxalq güclərin təsiri altında hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın davranışlarında son dövrlər hərbi və təcavüzkar ritorikanın artması müşahidə olunur. Bu mənada son zamanlar Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü hədəf seçən bəyanatlar xüsusi diqqət çəkir. Bu isə dəfələrlə "Dəmir yumruğ"u başında hiss edən işğalçı ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Ermənistan sülh sazişinin imzalanması mövzusunun aktual olduğu mərhələlərdə mütəmadi şəkildə belə hərbi və siyasi təxribatlara əl atır. Bu isə şübhəsiz ki, Ermənistanın təcavüzkar siyasətdən əl çəkmək istəmədiyini, bununla da bölgədə sülh və sabitliyə təhdid yaratdığını bir daha göstərir.
F.Şahbazlı vurğulayıb ki, 2020-ci ilin noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətinə son qoymalı idi. Ancaq biz hazırda rus sülhməramlılarını Qarabağdakı separatçı rejiminin himayədarı rolunda görürük. Rusiya sülhməramlıları bölgədə fəaliyyətə başladığı gündən Azərbaycan torpaqları vasitəsilə Qarabağdakı cinayətkar rejimə silah-sursat və canlı qüvvə yardımının göndərilməsinə şərait yaradıblar. Bu fakt Azərbaycan Ordusu tərəfindən dəfələrlə qeydə alınıb, müvafiq xəbərdarlıqlar edilib. Hətta bir neçə dəfə hərbi insident də yaşanıb. Ermənistan və rusiyalı sülhməramlılar anlamalı idilər ki, Azərbaycan bu məsələdə daha səbir nümayiş etdirməyəcək.
"Ermənistan və rus sülhməramlılar Azərbaycanın bu haqlı etirazlarından nəticə çıxarmaq əvəzinə, qanunsuz silah və canlı qüvvə daşınması üçün alternativ yollar axtarmağa başladılar. Bu cəhdlərin də qarşısı bir neçə dəfə Azərbaycan Ordusu tərəfindən alındı. Lakin Rusiya sülhməramlıları öz öhdəliklərinin əksinə olaraq, Ermənistan tərəfindən Qarabağdakı quldur dəstələrinə göndərilən bu silah yardımını ağır texnikalarla müşayiət edib qorumaqdan çəkinmirlər. Son bir neçə gündə isə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan, həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur", - deyə siyasi şərhçi qeyd edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan yaranmış vəziyyətlə barışa bilməz və bu baxımdan Ordumuzun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etməsi olduqca mühüm addımdır. Əgər Azərbaycan ərazisindən cinayətkar rejimə hərbi yardımlar davam edərsə, ölkəmiz Qarabağda erməni quldur dəstələrinin mövcudluğunu aradan qaldırmaq məqsədilə antiterror əməliyyatları keçirmək hüququna sahibdir. Bu, həm ölkəmizin, həm də regionun təhlükəsizliyi üçün çox vacibdir və beynəlxalq hüquqla tam şəkildə tənzimlənir. Ermənistan və himayədarları anlamalıdırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bunun üçün bütün imkanları var. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın haqlı mübarizəsində heç bir qüvvə ona mane ola bilməz. / azxeber.com

Siyasi       Tarix: 26 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler cəbhədən canlı sonxəbərlər cəbhədən video