"Nə ərzaq, nə də qeyri-ərzaq məhsullarında qiymətlər aşağı düşməyəcək" 

"Mərkəzi Bank sədrinin inflyasiyanın aşağı düşməsi ilə bağlı açıqladığı rəqəmlər qiymətlərin aşağı düşməsini yox, artma sürətinin aşağı düşməsini göstərir".
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli Azərbaycanın Mərkəzi Bankının (ABM) sədri Taleh Kazımovun ərzaq və qeyri-ərzaq inflyasiyası ilə bağlı açıqladığı rəqəmləri şərh edərkən deyib.
Xalid Kərimli deyib ki, ABM sədri bilərəkdən orta illik inflyasiyanı göstərmir:
"Məsələnin bir neçə tərəfi var. Burda rəqəmlər açıqlandığı aylarla ötən ilin müvafiq ayının müqayisəsi göstərilib. Bu rəqəmlərlə bağlı digər statistik məlumatı Statistika Komitəsi elan edir. Orta illik inflyasiya göstəricisi sentyabr ayında ölkə üzrə 10.9 faizdir. Güman edilir ki, bu ilin sonuna qədər 9.5-10 faiz arasına düşəcək. Hələdə inflyasiya rəqəmləri iki rəqəmlidir.
Mərkəzi Bankın sədri bu inflyasiyanı bizə yaxşı göstərməyə məcburdur. Ona görə də özünə sərf edən göstəricini ön plana çəkir. Lakin bu rəqəmlərlər bu ilin sentyabrı ilə keçən ilin sentyabrı arasındakı qiymət fərqini bizə göstərir. Biz isə bu ili yaşadığımıza, xərclərimiz isə il üzrə olduğuna görə, sədr orta illik inflyasiyanı da elan etməlidir".
Ekspert deyib ki, nə ərzaq, nə də qeyri-ərzaq məhsullarında qiymətlər aşağı düşməyəcək:
"Qiymətlərin ucuzlaşması defilyasiya prosesidir. Qarşıdakı illərdə isə ölkədə defilyasiya gözlənilmir. Gələn il də inflyasiya davam edəcək, iki rəqəmli olmayacaq. Amma artım sürətlə davam etməyəcək. Məsələn, 100 manata aldığımız 103 manat olacaq, 97 manat olmayacaq".
Bundan əvvəl AMB sədri bildirib ki, 2023-cü ilin sonuna kimi ÜDM-nin 1,5% artımı proqnozlaşdırılır: "Ərzaq inflyasiyası 4,5 %, qeyri-ərzaq inflyasiyası 5,9 % olub. İllik baza inflyasiya sentyabrda azalıb. Mərkəzi Bank səlahiyyəti çərçivəsində inflyasiyanı azaltmağa çalışıb".Valyuta.az

Sosial       Tarix: 03 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi sou biznes ensonxeberler en sonxeber