Neft bahalaşır: İran gərginliyi Azərbaycanın enerji sektoruna necə təsir edəcək?
İran ətrafında gərginliyin uzanması Avropa İttifaqının enerji idxalını şaxələndirmək səylərini gücləndirə və bu proses Azərbaycanın enerji sektoruna investisiyaların artmasına səbəb ola bilər. Böyük Britaniyanın "Oxford Economics" analitik mərkəzinin qiymətləndirməsinə görə, neft və qaz qiymətlərinin yüksəlməsi hidrokarbon ixrac edən ölkələrin -Azərbaycan, Rusiya və Qazaxıstanın ixrac və büdcə gəlirlərinin artmasına gətirib çıxara bilər.
İqtisadçı Eldəniz Əmirov azxeber.com-a açıqlamasında deyib ki, Hörmüz boğazının bağlanması ilə bağlı risklər qlobal iqtisadiyyatda ciddi şoklara səbəb olur:
"Körfəzdə və Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə də Hörmüz boğazının bağlanması ilə bağlı risklər qlobal iqtisadiyyatda ciddi şoklara səbəb olur. Bu proseslər bir çox istiqamətlərdə mənfi nəticələr yaratsa da, bəzi ölkələr üçün müəyyən fürsətlər də formalaşdırır. Məsələn, belə vəziyyət Rusiyaya müəyyən üstünlüklər qazandıra bilər. Rusiyaya qarşı tətbiq olunan embarqo, Körfəzdə nəqliyyat marşrutlarının məhdudlaşması neftin qiymətinin kəskin artmasına gətirib çıxarır. Bu şəraitdə ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı müəyyən siqnallar da səsləndirilir.
Sanksiyalar rəsmi şəkildə yumşaldılmasa belə, neft qiymətlərinin yüksəlməsi Rusiyaya əlavə imkanlar yaradır. Yəni Rusiyanın həm ixrac həcmlərinin, həm də dövlət büdcəsi gəlirlərinin artmasına səbəb olur".
O qeyd edib ki, Rusiyanın neft ixracı Azərbaycandan çoxdur:
"Rusiyanın neft ixracı Azərbaycandan çoxdur. Bu həm həcm, həm də dəyər ifadəsində özünü göstərir. Eyni zamanda Qazaxıstan da bu istiqamətdə müəyyən üstünlüklərə malikdir.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, Azərbaycanın neft ixracı 2025-ci ildə cəmi 23 milyon ton təşkil edib. Halbuki 2010-cu ildə bu göstərici 50 milyon tondan artıq idi. Yəni təxminən iki dəfə azalma müşahidə olunur.
Neft hasilatı və ixrac həcmi yüksək olan ölkələr üçün qiymət artımının effekti daha böyük olur. Lakin ixrac həcmi nisbətən aşağı olan ölkələr üçün və mövcud müqavilə şərtlərindən asılı olaraq bu təsir fərqli ola bilər. Buna görə də Azərbaycanla Rusiyanı eyni iqtisadi çərçivədə və eyni miqyasda müqayisə etmək düzgün deyil".
İqtisadçı bildirib ki, Neft qiymətlərinin artması qlobal inflyasiyanın yüksəlməsinə səbəb olur:
"Neft qiymətlərinin artması qlobal inflyasiyanın yüksəlməsinə də səbəb olur. Azərbaycan idxaldan asılı ölkə olduğu üçün bu proses daxili bazarda qiymət artımlarına gətirib çıxara bilər. İnflyasiyanın yüksəlməsi isə növbəti illərdə müxtəlif sosial ödənişlərin indeksasiya səviyyəsinin artırılmasına səbəb olur ki, bu da dövlət büdcəsinə əlavə yük yaradır. Yəni ümumilikdə bu proseslərin Azərbaycan üçün də müəyyən müsbət tərəfləri var".
Şahanə Ziyad
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb