Neft qiymətləri 40 dollara qədər ucuzlaşacaq – Analitiklərdən bədbin proqnoz

Neft qiymətləri 40 dollara qədər ucuzlaşacaq – Analitiklərdən bədbin proqnozOPEC+ hasilata mövcud könüllü məhdudiyyətlərdən imtina edərsə, dünya bazarında neftin qiyməti 2025-ci ildə bir barel üçün 40 dollara düşə bilər.
KONKRET.az xəbər verir ki, bu proqnozla tanınmış analitiklər çıxış ediblər. Onların fikrincə, alyans çox güman ki, 2025-ci ilin əvvəlində bu məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağı seçəcək.
OPIS-in enerji təhlili rəhbəri Tom Kloza deyib: "2025-ci ildə neftin qiymətləri ilə bağlı son illərdə – Ərəb baharından bəri xatırlaya biləcəyim bütün illərdən daha çox narahatlıq var."
Avrasiya Qrupunun Enerji, İqlim və Resurslar Departamentinin rəhbəri Henning Gloystein qeyd edir ki, gələn il neftə tələbat artımının gündə 1 milyon bareldən az olacağını nəzərə aldıqda, OPEC+ məhdudiyyətlərinin 2025-ci ildə tam geri qaytarılması "şübhəsiz ki, neft qiymətlərinin çox kəskin azalmasına, bəlkə də bir barel üçün 40 dollara qədər enməsinə gətirib çıxaracaq."
MST Marquee-nin baş enerji analitiki Saul Cavonic də OPEC+-ın bu addımının "neft qiymətlərini COVID-dən bəri görülməmiş aşağı səviyyələrə çatdıra biləcək bazar payı üçün qiymət müharibəsinə səbəb olacağını" düşünür.
Qeyd edək ki, OPEC+ neft qiymətlərindəki enişin qarşısını almaq üçün iki ay müddətinə sutkada 2,2 milyon barel könüllü ixtisarın mərhələli şəkildə dayandırılması planlarını 2 dəfə təxirə salıb. Noyabrın əvvəlində qəbul edilən qərarla bu addım dekabrın sonuna qədər təxirə salınıb.
Neftin qiymətinin aşağı düşməsi, digər məsələlərlə yanaşı, dünyanın aparıcı neft idxalçısı olan Çində pandemiyadan sonra tələbin ləng bərpası ilə bağlıdır.
Gloystein bildirir ki, bundan əlavə, bazarda yanacağın həddindən artıq tədarükü mənfi amildir, çünki OPEC-dən kənarda olan ABŞ, Kanada, Qayana və Braziliya kimi əsas neft istehsalçıları da tədarükləri artırmağı planlaşdırırlar.//Musavat.com

Sosial       Tarix: 14 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim en son xeber havanın temperaturu xabar az