Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlandı

Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlandıAparılmış hesablamalara əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam məbləğdə köçürülməsi şərtilə cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin bir barelinin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi dövlət büdcəsinin neft-qaz gəlirlərinin orta hesabla təqribən 100 milyon manat artması və ya azalmasına səbəb olur.
Bu barədə KONKRET.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 1 yanvar 2025-ci il tarixinə Dövlət Neft Fondunun aktivlərinin təqribən 0,4 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olması proqnozlaşdırılır.
Qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir.
2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Birdirilib ki, cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin gəlirləri təqribən 0,8 milyard manat artması və ya azalmasına səbəb olur.

Sosial       Tarix: 30 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az