"Neftçi" bütün planlarımızı pozdu" - Baş məşqçi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Neftçi" – "Rapid" oyunundan sonra qonaq komandanın baş məşqçisi Ferdinand Feldhofer mətbuat konfransında iştirak edib.
KONKRET.az xəbər verir ki, avstriyalı mütəxəssis matçla bağlı bunları deyib:
"İlk 15 dəqiqə istəyirdik ki, "Neftçi"yə qarşı pressinq edək. Amma bu, alınmadı. Məhz 15 dəqiqədən sonra "Neftçi" dominantlıq etməyə başladı. Alınmayan hallar çox oldu. Bir neçə taktiki dəyişiklik edirdik. Amma rəqib bütün planlarımızı pozdu.
– Qolkiperinizi dəyişəcəksiniz?
– Buna ehtiyac görmürəm. Futboldur, alınan oyunlar da olur, alınmayan da.
– "Neftçi"nin bu cür oynadığını təsəvvür edirdiniz?
– Oyundan qabaq "Neftçi"ni analiz etmişdik. Çalışdıq ki, oyunda dominantlıq edək. Amma 15 dəqiqədən sonra "Neftçi" bütün planlarımızı pozdu. Onlar səhvlərimizdən faydalanmağa başladı. Stadionun ab-havası da bizə təsir etdi.
– Bu matçdan sonra "Neftçi"ni cütün favoriti hesab edirsiniz?
– "Neftçi"yə hörmətlə yanaşıram. Amma hər iki komanda güclüdü. Cavab matçında bütün məsələlərə nöqtə qoyulacaq. Bundan əvvəl bir oyun qalib gəlmişik, birində heç-heçə etmişik. Oyunçularımız da yorulub.
– "Neftçi"nin ən təhlükəli silahı nə idi?
– Hər futbolçusu güclüdü. Eddini digərlərindən ayırmaq olar. Birəbirdə çox güclü idi.
– Son saniyədə vurduğunuz qoldan sonra mərhələni keçmək şanslarınızı necə dəyərləndirirsiniz?
– Əlbəttə ki, şanslar var. Bura əlverişli nəticə üçün gəlmişdik. Qalib gəlmək istəyirdik. Amma 1:2 elə də pis nəticə deyil. Cavab matçında bir və ya bir neçə qol vurmaq olar.

İdman       Tarix: 05 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi idman xeberleri cəbhədən son vəziyyət bugünki xəbərlər