"Neftçi" evdə, "Qarabağ" səfərdə SINAĞA ÇƏKİLİR

"Neftçi" evdə, "Qarabağ" səfərdə SINAĞA ÇƏKİLİRBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" 26 xalla 3-cü pillədə yer alan "Sumqayıt"ı sınağa çəkəcək. "Bakcell Arena"dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olacaq. Bunadək baş tutan 33 oyunun 16-da meydan sahibləri, 11-də isə qonaqlar qələbə qazanıblar. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədir - 52:40. "Neftçi" 3 oyundur rəqibinə qalib gələ bilmir. "Sumqayıt" son 4 səfər matçından qolsuz ayrılmayıb.
Digər oyunda autsayder "Sabah" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda Masazır təmsilçisi 16 xalla sonuncu, əyalət klubu isə 23 xalla beşincidir. İki kollektiv indiyədək Premyer Liqada 9 dəfə üz-üzə gəlib. Hərəyə 4 qələbə qazanan tərəflər cəmi bir dəfə heç-heçə ediblər. Bu görüşlərdə meydan sahibləri 11, qonaqlar 9 dəfə fərqləniblər. Son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. "Sabah" 4 oyundur meydanı qolsuz tərk etmir.
Turun son oyunu isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları arasında olacaq. 42 xalla 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Çempionatın iki bombardirindən biri olan Mahir Emreli və yarımmüdafiəçi Qara Qarayev zədə səbəbindən meydana çıxa bilməyəcək. 17 xalla 7-ci sırada yer alan "Keşlə"də isə yeganə itki cəzalı Tərlan Quliyevin yoxluğudur. Komandalar bugünədək çempionatda 64 dəfə rəqib olublar. Bu oyunların 13-ü meydan sahiblərinin, 30-u isə qonaqların xeyrinə başa çatıb. Topların fərqində də son ölkə çempionu öndədir - 82:41. "Qarabağ" son 9 oyunda uduzmayıb. "Keşlə" son 4 ev matçında qol vurmayıb.
4 aprel (bazar)
16:30. "Neftçi" – "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
"Bakcell Arena".
17:30. "Sabah" –" Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Bank Respublika Arena".
18:30. "Keşlə" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"ASK Arena".
Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.

İdman       Tarix: 04 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber krimnal bugun son xeberler bugun 2026 muharibe cəbhədən xəbərlər