Neftin bahalaşacağını gözləməyin - Nazir
Neftin qiymətində qısa müddətdə ciddi artım gözlənilməməlidir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
"Enerji Siyasəti" dərgisi üçün mövzu ilə bağlı məqalə qələmə alan nazir buna səbəb olaraq tələbdən artıq tədarükü göstərib. O bildirib ki, OPEC və OPEC+ ölkələri arasındakı razılıq sayəsində yalnız ilin ikinci yarısında məhdudiyyətlərin aradan qaldırılması ilə neftin qiymətində balans yarana biləcək.
Razılaşmanın effektinin qlobal iqtisadi böhrandan çıxıb-çıxmayacağına bağlı olduğunu bildirən nazir bu çərçivədə iqtisadi fəaliyyətləri artırmağa başlayan Çin məsələsində müsbət düşündüklərini vurğulayıb.
Qeyd edək ki, OPEC və OPEC+ ölkələri arasındakı razılıq əsasında 1 maydan etibarən ümumi xam neft istehsalı 2 ay ərzində gündəlik 9,7 milyon barel azalacaq.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi