"Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir
"Bir sıra OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarları neftin dünya bazar qiymətində yenidən artımlara səbəb olub".
azxeber.com xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Deputat bildirib ki, brent markalı neftin qiyməti 4 faizdən çox yüksələrək hər bareli 84.0 dollara satılır: "Qeyd edək ki, ötən ayın ortalarında neftin bir barelinin qiyməti 74.0 dollaradək azalmışdı".
O, deyib ki, gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min barel, Rusiyada 500 min barel İraqda 211 min barel, Küveytdə 128 min barel, Qazaxıstanda 78 min barel, Omanda 40 min barel, Əlcəzairdə 48 min barel azaldılması planlaşdırılır: "Bununla OPEK və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Bu da artıq bazarda öz təsirlərini göstərməkdədir".
"Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80.0 faizi neft və neft məhsullarının payına düşür. Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir, - deyə deputat əlavə edib.
Aydın Nuri

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti