"Nəhayət, ədalətli pensiya haqqında qanun qəbul edilməlidir" – Pedaqoqdan MM-ə ÇAĞIRIŞ

Famil Səfərov, pedaqoq
"Azərbaycanda hamı üçün vahid pensiya şərtləri olmalıdır".
KONKRET.az xəbər verir ki, bu fikirləri qocaman müəllim, tanınmış psixoloq Famil Səfərov səsləndirib. O, Milli Məclisdə müzakirələri aparılan "Əmək pensiyaları haqqında" qanun layihəsinə edilən əlavə və dəyişikliklərə etirazını bildirib. "İnsanlar illərdir ölkədəkı ədalətsiz pensiya şərtlərinə, nəhayət, köklü dəyişiklik gözləyirdi", – deyən F.Səfərov qanunda öz əksini tapan bəzi müddəaları paradoks adlandırıb: "Əksəriyyəti bütün karyerası boyu dövlət vəsaitini talayan məmurlar dövlət qulluqçusu kimi pensiyaya çıxıb, həkimdən, müəllimdən bir neçə dəfə çox təqaüd alırlar. Ömrünün 42 ilini xalqın təhsilinə sərf etmiş adama isə 240-260 manat pensiya kəsilir. Hətta məmurun sürücüsünə belə dövlət qulluqçusu kimi 800-1000 manat civarında təqaüd təyin edilir".
"Ən böyük vicdansızlıq isə 2006-cı ildən bəri DSMF-yə maaşdan tutulan sığorta pullarına fantastik məbləğdə hədd qoyub, vətəndaşın ömrü boyu yığdığı öz pulunun özünə qaytarılmamasıdır", – deyən müəllim onu da əlavə edib ki, "adının qarşısında "dövlət" sözü yazılmış bir fondun yaşlı insanlara qarşı törətdiyi açıq-aşkar dələduzluq faktıdır".
F.Səfərov sonda MM-ə səslənərək deputatları ədalətli olmağa çağırıb: "Siz xalqın elçisinə məxsus kürsüdə oturmusunuz, zəhmət çəkin, heç olmasa bircə dəfə bu xalqın taleyüklü məsələsində yekdil olun, bu ölkədə nəhayət, ədalətli bir pensiya haqqında qanunun hazırlanmasına nail olun!".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sosial       Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 en son xeberler bu gun novruz bayramı