Nəhəng gəminin heyəti koronavirusa yoluxdu
Naqasaki limanında dayanan "Costa Atlantika" kruiz laynerindəki heyət üzvləri arasında 33 koronavirusa yoluxma halı qeydə alınıb.
NHK telekanalı xəbər verir ki, həmin şəxslər bir neçə gün bundan əvvəl analoji diaqnozun qoyulduğu digər gəminin heyət üzvləri il təmasda olublar. Həkimlər tərəfindən ümumilikdə 57 nəfərdə testlərin keçirildiyi qeyd edilir. Hazırda onların hamısı xüsusi otaqlarda yerləşdiriliblər.
Bildirilir ki, İtaliyada qeydiyyatda olan "Costa Atlantika" kruiz laynerinin ümumilikdə 623 heyət üzvü var. Şərqi Asiya ölkələrinin sahilləri boyunca səyahət edən gəmidə sərnişin yoxdur. Martın 14-dən Naqasaki prefekturasında dayanan gəmidə koronavirusa ilk yoluxma aşkar edildikdən sonra layneri heç kim tərk etməyib.
Əlavə olaraq qeyd edək ki, aprelin 22-dək Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 12 mini ötüb. Koronavirusa yoluxanlardan 236 nəfərin vəziyyəti çox ağırdır, 296 nəfərin isə öldüyü bildirilir. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək