Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə ləğv olunur? - AÇIQLAMA

Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə ləğv olunur? - AÇIQLAMAAzərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Belə ki, Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Qərarda deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunsun.
Təklif haqqında Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, ən inkişaf etmiş ölkələrdə artıq avtomobilin etibarnamə vasitəsilə idarə olunması ləğv olunub. Ekspert bunu nəzərə alaraq, etibarnamənin ləğvini dəstəkləyib və bunun nəticələri haqqında fikirlərini qeyd edib.
"Xarici ölkələrdə vətəndaşlar rahatlıqla avtomobillərini istədiyi şəxsə həvalə edə bilirlər. Müvafiq qaydalar çərçivəsində avtomobili idarə etmək üçün sadəcə sürücülük vəsiqəsinin olması yetərlidir. Azərbaycanda da artıq etibarnamələr ləğv edilməlidir.
Məsələ burada yalnız ər və arvadın ümumi mülkiyyətində olan avtomobilin idarə edilməsindən getmir. Ümumiyyətlə, vətəndaşın avtomobilini istədiyi şəxsə etibar etməsindən gedir" – deyə, E. Cəfərov əlavə edib.
Ekspert onu da bildirib ki, etibarnamələrin ləğvi sürücüləri narahat etməməlidir:
"Əksinə, düşünürəm ki, sürücülər daha rahat olacaqlar və ən azı bir problemdən, cərimə qorxusundan azad olacaqlar. Bu, imkan verir ki, vətəndaşların hərəkət sərbəstliyi daha da artsın.
Qəza zamanı cavabdehlik məsələsinə gəlincə, burada qəzanı törədən avtomobilin nömrəsi, onu idarə edən şəxsin sürücülük vəsiqəsi varsa, başqa problem qalmayacaq. Qəza törədən şəxsi müəyyən etməkdə çətinliyin olacağını hesab etmirəm. Yəni, bütün inkişaf etmiş ölkələrdə necədirsə, bizdə də elə olmalıdır. Dünya təcrübəsindən yaralana bilərik".
Qeyd edək ki, təklifə əsasən, İnzibati Xətalar Məcəlləsinin və "Yol hərəkəti haqqında" Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Hazırda qüvvədə olan qanuna əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə tətbiq edilir. / azxeber.com

Sosial       Tarix: 05 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber az xabarlar maraqlı xəbərlər xeberler bu gun