Netanyahu Bakı səfərindən buna görə imtina edib - Pərdəarxası nələr baş verir? 

Netanyahu Bakı səfərindən buna görə imtina edib - Pərdəarxası nələr baş verir? İran prezidenti Məsud Pezeşkiandan sonra İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri gözlənilsə də, son anda bu, baş tutmadı. Bəs görəsən, Netanyahu son anda Bakıya gəlməkdən niyə imtina etdi? Pərdəarxasında nələr baş verir?
Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:
Netanyahu Bakı səfərindən buna görə imtina edib - Pərdəarxası nələr baş verir? "Netanyahunun Bakıya səfərinin son anda təxirə salınması həm daxili, həm də xarici faktorlarla bağlıdır. Belə ki, Netanyahunun bir neçə gün Bakıda qalacağı və mayın 10-da Azərbaycana gələcək Türkiyə lideri Ərdoğanla görüşəcəyi istisna olunmurdu. Burada Azərbaycanın vasitəçiliyi ilə İsrail-Türkiyə münasibətlərinə ciddi töhfə veriləcəyi gözlənilirdi. Amma son anda Suriyada baş verən hadisələr, İsrailin dəstəklədiyi Druz icmasının hökumət qüvvələri ilə toqquşması, bunun fonunda Suriya ərazilərinə hava hücumlarının təşkil olunması vəziyyəti bir qədər gərginləşdirdi. Bu məsələdə Türkiyənin sərt reaksiyasının şahidi olduq. Eləcə də Türkiyə tərəfi İsrail təyyarələrinin Suriya ərazisindən çıxması ilə bağlı xəbərdarlıq etdi. Bu səbəb Netanyahunun Bakı səfərinin təxirə salınması ilə nəticələndi".
Politoloqun sözlərinə görə, ABŞ və İran arasında aparılan danışıqlar bu məsələlərə təsir edən amillər sırasına daxil edilə bilər:
"Belə ehtimal olunurdu ki, Bakıda İsrail-İran arasında münasibətlərin yumşaldılması ilə bağlı məsləhətləşmələr aparılacaq. Netanyahunun buradan Moskvaya gedəcəyi də gözlənilirdi. Bütün bunların hamısı nəzərdə tutulsa da, son anda Türkiyə və İsrail arasında münasibətlərin yenidən gərginləşməsi, Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından keçməsinin əngəllənməsi vəziyyəti dəyişdi. Görünür, Netanyahu nəzərdə tutulan proqramı həyata keçirə bilməyəcəyi üçün səfər təxirə salınıb".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 07 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən görüntüleri bugünkü son xəbərlər xeber.az