Nəzarətsiz qalan qızıl bazarı

Nəzarətsiz qalan qızıl bazarıSon günlər Azərbaycanda zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb.
KONKRET.azxəbər verir ki, u sahəyə hazırda nəzarətin istənilən səviyyədə olmaması səbəbindən bazarda aşağı keyfiyyətli malların kifayət qədər çox olduğu, vətəndaşların aldadıldığı iddia edilir.
Hətta KOBİA İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov da bu bazarın bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini təsdiqləyib. Dövlət rəsmisi bu sahədə istehlakçı hüquqlarının kifayət qədər pozulduğunu, bazarda müəyyən tənzimləyici alətlərin tələblərinin tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirmə işlərinin aparılmasının vacib olduğunu bildirib.
Bəs zərgərlik məhsulları bazarında hansı zəruri tədbirlər görülməlidir? Ümumiyyətlə, təkmilləşdirilmə işlərinin aparılması bu bazara necə təsir edəcək?
Qurunun oduna yaş da yanır?
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, zərgərlik bazarında əhəmiyyətli paya malik olan bazar iştirakçıları, istehsalçılar əvvəlki Əyar Palatasının funksiyalarını icra edən qurumun fəaliyyətə başlamasının tərəfdarıdırlar. Çünki saxta məhsullarla bağlı yayılan xəbərlər bu bazara mənfi təsir edir, işini düzgün görən istehsalçılara da inamı sarsıdır.
Mütəxəssisin sözlərindən məlum olur ki, çıxan xəbərlərlə qurunun oduna yaş da yanır: "Saxta məhsullarla bağlı xəbərlərdə konkret halların səsləndirilməsi, saxta məhsul satanın ifşa olunması daha faydalı olar. Çünki ümumi fikir səsləndirildikdə, həm bazarın, həm də illərdir dürüst işləyən, müəyyən alıcı kütləsi olan zərgərlərin adına xələl gəlir. Belə xəbərlərdən sonra satışlar düşür, bu da zərgərlik sahəsinə mənfi təsir göstərir. Sözsüz ki, biz belə halların olmasını inkar edə bilmərik. Çünki nəzarət edən struktur yoxdur. Əvvəllər Qiymətli Daşlara və Metallara Nəzarət Dövlət Xidməti var idi, o qurum da fəaliyyət göstərmir. Əgər elə bir qurum olsa idi, təbii ki, istehsalçıların və istehlakçıların da hüquqları qorunardı".
Bu, artıq saxtakarlıq deyil
Assosiasiya sədri deyir ki, alıcı kütləsində də müəyyən stereotiplər var. Biz nəyə saxta deyirik, əvvəlcə o araşdırılmalıdır: "Zərgərlik sənayesinin müəyyən qanunları var. Məmulatın tərkibində səkkiz karatdan, əyarla desək, 333 əyardan yuxarı qızıl varsa, o artıq qızıl sayılır. Düzdür, bu hələ Azərbaycanda geniş yayılmayıb, əsasən Qərbi Avropa ölkələrində, Amerikada belədir. Amma Azərbaycanda ən məşhur iki əyar var. Biri 585 (14 karat), buna xalq arasında türk qızılı da deyirlər, digəri 750 (18 karat), xalq arasında italyan qızılı da adlanır. Əslində, italyan, türk qızılı adlandırmaq da düzgün deyil. Çünki İtaliyada da 585, Türkiyədə də 750 əyar qızıl var. Qiymətli daşlara gəldikdə, satıcı alıcıya daşın təbii brilyant, yaxud süni şəraitdə yetişidirilməsi ilə bağlı məlumat verməlidir. Əgər satıcı bunu bildirirsə, bu, artıq saxtakarlıq deyil. Metaldırsa da metalın adı və əyarı göstərilməlidir".
Qızılın saxta olmadığını necə bilmək mümkündür?
Mütəxəssis qeyd edir ki, alıcı qızılın saxta olub-olmadığını müəyyənləşdirə bilməz: "Kustar üsulla, ev şəraitində bunu bilmək mümkün deyil. Hər biri laboratoriyaş əraitində yoxlanmalıdır. Çünki bu gün elə qalın örtük üsulları var ki, ev şəraitində müəyyənləşdirmək mümkün deyil. Bu işlə də qiymətli daşlar üzrə mütəxəssislər (gemoloqlar) məşğul olurlar".
Assosiasiya sədrinin sözlərinə görə, günahkar həmişə istehsalçı olmur. İstehlakçı da öz məsuliyyətini bilməlidir: "Məsələn, satıcı qiymət deyir, alıcı deyir ki, daha ucuz olsun. Bu, həm onun özünü risk altına atır, çünki, mənşəyi bəlli olmayan məhsul o qiymətə verilə bilər. Həm də sahibkarı vergidən yayınmağa sövq edir. Əgər istehlakçı kassa çeki, məmulatın bütün xüsusiyyətləri qeyd olunan sertifikat tələb etsə, saxtakarlıqla üzləşməz". //Kaspi qəzeti

Sosial       Tarix: 08 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən son dəqiqə son xabarlar xeberler az